Deputat Milli Məclisin sədrini təhqir etdi - “Alçaq, heyvan”

18.09.2015 15:37     Dünyadan reaksiya     2060

Ukrayna parlamentində millət vəkilinin nəzarətə alınmasına qarşı çıxan Radikal partiya lideri Oleq Lyaşko ilə bəzi deputatlar arasında dava çıxıb.

Reaksiya.az xəbər verir ki, Radikal partiyanın deputatı İqor Mosiyçukun həbs olunmasına dair qərar qəbul edilən zaman Radikal partiyanın lideri Oleq Lyaşko tribunada danışmaq istəyib.

Ali Radanın sədri Vladimir Groysman danışmağa icazə verməyincə Lyaşko ona "Alçaq, heyvan!” deyə qışqırıb. Bundan sonra Groysmanın da üzvü olduğu Pyotr Poroşenko Bloku deputatları ilə Lyaşko arasında bir müddət dava-dalaş olub.

Groysman iclası erkən bağlamaq məcburiyyətində qalıb.

Mosiyçukun həbs olunmasına dair qərar veriləndən sonra axşam geç saatlarında parlamentə gələn Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşları millət vəkilini həbs edib.

Radikal partiya lideri Oleq Lyaşko da buna reaksiya verib. Polis əməkdaşları, həmçinin Mosiyçuka aid maşında da axtarış aparıb.

Radikal partiyanın lideri Lyaşko deyib ki, sabah partiyanın keçiriləcək fövqəladə qurultayında vəzifəsindən sui-istifadə edənlərə qarşı fəaliyyət planı müzakirə ediləcək.

Ukraynanın Baş Prokuroru Viktor Şokinin daha əvvəl verdiyi açıqlamasında Mosiyçukun çox ağır cinayət törətdiyinə dair əllərində kifayət qədər dəlillərin olduğunu dilə gətirmişdi.

Ali Radanın bu gün keçirilən iclasında Mosiyçukun cinayət törətdiyinə dair gizli kameralardan çəkilən görüntülər millət vəkillərinə göstərilib.

Bundan sonra isə millət vəkilləri Mosiyçukun həbs olunmasına dair qərar veriblər.

Şərhlər

Çox oxunanlar