400 türk cihadçı öldürüldü
18.09.2015 16:30 Dünyadan reaksiya 2054
İraq və Suriyadakı cihatçıların cərgələrinə qoşulan 400 türkün toqquşmalarda öldürüldüyünü bildirib.
Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Xarici işlər Nazirliyinin səlahiyyətli nümayəndəsi verib.
Terror təşkilatı İŞİD cərgələrində isə hələ də vuruşan təxminən 900 türk var.
Ümumilikdə nə qədər türkün münaqişələrin əvvəlindən bu yana cihatçı təşkilatlarda iştirak etdiyi isə tam olaraq bilinmir.
Səlahiyyətli nümayəndə bildirib ki, daha çox sayda insanın gedib geri döndüyündən şübhələnirik: ”Kimin həqiqətən döyüşmək üçün getdiyini, kimin ikiüzlülük etdiyini, vasitəçilik kimi məqsədlərlə bölgədə olduğunu və hətta kimin sadəcə maraqdan qarşıdurma sahələrinə keçdiyini müəyyən etmək çətindir”.
O, həmçinin Türkiyənin müttəfiqlərinin İŞİD ilə müharibədə daha çox səy göstərməsi lazım olduğu vurğulayıb.
Şərhlər