"Rusiyaya nüvə hücumu edəkmi?" - ABŞ-da sorğu - VİDEO
12.06.2015 16:35 Dünyadan reaksiya 1948
ABŞ-da xalqın məlumatsızlığını göstərmək istəyən jurnalist Mark Days Obamanın Rusiyaya nüvə hücum edəcəyini deyib, “onun bu təşəbbüsünə dəstək” üçün imza toplayıb.
Reaksiya.Az-ın Qərb mətbuatına istinadən verdiyi məlumata görə,
O, ictimaiyyətin siyasi mövzulardakı məlumatsızlığına diqqət çəkmək üçün qeyri-adi bir ərizə ilə San Diego şəhərində kamera qarşısına keçib. Yolda gördüyü insanları dayandıran Days vətəndaşlara belə müraciət edib: “Prezident Obama, dünyanın liderinin hələ ABŞ olduğunu göstərmək istəyir. Bunun üçün Rusiyaya xəbərsiz bir nüvə hücum planlaşdırıb. Yüz min imza toplasaq, hücum reallaşacaq. Bizə dəstək olur bilərsinizmi?”.
M.Daysın "təcrübi kamera zarafatı" dediyi hadisədə bir çox adam Rusiyaya hücum əmrini dəstəkləyib. Aralarında "Ümid edirəm ki, Obama bizi peşman eləməz" deyənlər də olub.
Bir çox adam da bu fikri vurğulayıb:"Liderliyimizi ancaq bu şəkildə qoruya bilərik".
Jurnalist öz sorğusunun nəticələrinin narahatedici olduğunu qeyd edib.
Şərhlər