"Poroşenko mafiya atasıdır" - Müxalifət lideri

18.09.2015 18:01     Dünyadan reaksiya     1951

Ukraynanın müxalifətçi Radikal partiyasının lideri Oleq Lyaşko prezident Petro Poroşenkonu təhdid edib.

Reaksiya.az xəbər verir ki, Ukraynanın şərqindəki ərazilərə daha geniş muxtariyyət verilməsini nəzərdə tutan islahatların qəbul edilməsindən sonra müxalifətə keçən partiya belə açıqlamalar verib.

Ukraynalı Radikal Parti lideri Oleg Lyaşko

O, Poroşenkonu prezident kimi görmədiyini bildirib: “Poroşenko mafiya atası, diktator və müharibə ilə həyatda qalan bir spekulyantdır. Poroşenkonun cəzalanması üçün lazımi qanunu qəbul edəcəyik. Bunu etməsək də Maydan olacaq. Poroşenkonu Maydan yerindən edəcək”.

Qeyd edək ki, Radikal partiya hakimiyyəti söz verdiyi islahatları həyata keçirməməyə və ölkənin şərqinə qarşı siyasətinə görə tənqid edir.

Şərhlər

Çox oxunanlar