Makedoniya qaçqın axını ilə əlaqədar fövqəladə vəziyyət rejimini uzadıb
19.09.2015 02:03 Dünyadan reaksiya 1553
Makedoniya hökuməti Yaxın Şərq və Şimali Afrikadan qaçqın axını ilə əlaqədar fövqəladə vəziyyət rejiminin müddətini 2016-cı ilin 15 iyununadək uzadıb.
APA-nın TASS agemtliyinə istinadən verdiyi məlumata görə, bu barədə qərar ölkə parlamentində keçirilən səsvermə nəticəsində qəbul edilib. Qərarın yekdilliklə qəbul edildiyi vurğulanır.
Makedoniyanın daxili işlər naziri Mitko Çavkov sərhəddə vəziyyətin gərgin olduğunu bildirib: “Əldə etdiyimiz məlumatlara əsasən, Balkan marşrutundan istifadə edən qaçqınların sayı yaxın gələcəkdə azalmayacaq. Eyni zamanda, Avropa İttifaqı böhranın aradan qaldırılması üçün hələ də ümumi qərar verməyib. Bu isə əlavə problemlərin yaranması deməkdir”.
Şərhlər