Müdafiə nazirləri nəyi müzakirə ediblər?
19.09.2015 02:49 Dünyadan reaksiya 1711
ABŞ-ın müdafiə naziri Eşton Karter son bir ildə ilk dəfədir ki, rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon bağlantısı qurub.
Reaksiyaz.az-ın verdiyi məlumata görə, bu barədə Pentaqonun mətbuat xidməti açıqlama yayıb.
Məlumata əsasən, nazirlər Suriyadakı vəziyyəti müzakirə ediblər, ölkədə silahlı münaqişənin nizamlama yolları və İŞİD-lə mübarizə ilə bağlı dialoqu davam etdirəcəklərini vurğulayıblar.
Nazirlər arasında söhbət 50 dəqiqə davam edib. Bu, Rusiya və ABŞ müdafiə nazirləri arasında 2014-cü ilin avqustundan bəri ilk danışıq olub. O zaman Şoyqu Karterdən əvvəl Pentaqon rəhbəri olmuş Çak Heyqellə danışıqlar aparıb.
Şərhlər