Kosova müzakirəsi marta qalıb
19.09.2015 04:55 Dünyadan reaksiya 1658
Kosova Futbol Federasiyasının UEFA-ya üzv olmaq üçün ərizə ilə müraciət edib. Reaksiya.az-ın məlumatına görə, UEFA-nın 17-18 sentyabrda Maltada keçirilən iclasında bu məsələ gündəliyə daxil edilmişdi.
Kosovanın UEFA-ya üzvlük məsələsinə qurumun növbəti konqressində baxılacağı bildirilib.
UEFA-nın növbəti konqresi isə 2016-cı ilin 23 martında Budapeştdə keçiriləcək.
Kosova DÇ-2018-in seçmə mərhələsində iştirak etmək niyyətindədi. Ancaq bunun üçün əvvəlcə Kosovanın UEFA-ya, daha sonra isə FİFA-ya üzv qəbul olunması vacibdi.
Şərhlər