Yunanıstanda seçkiqabağı “sükut günü” elan edilib
19.09.2015 05:25 Dünyadan reaksiya 1888
Yunanıstanda bazar günü keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar “sükut günü” elan edilib.
Reaksiya.az-ın verdiyi xəbərə görə, bu gün namizədlərin seçicilərin qərarına təsir edəcək hər hansı təbliğat fəaliyyətinə qadağa qoyulub.
“Seçkilərimizin nəticəsi bütün Avropa üçün həlledici olacaq”, deyə solçu SİRİZA koalisiyasının başçısı, sabiq baş nazur Aleksis Tsipras bildirib.
Qeyd edək ki, seçkiqabağı sorğuların nəticələrinə görə, A.Tsiprasın rəhbərlik etdiyi koalisiya əsas rəqibi olan “Yeni demokratiya” partiyasını 1% qabaqlayır. SİRİZA-ya respondentlərin 26,2%-i, “Yeni demokratiyaya” - 25,1%-i səs verib.
Şərhlər