Yaponiya ordusu müharibə edə bilər

19.09.2015 06:40     Dünyadan reaksiya     1581

Yaponiya ordusu II Dünya müharibəsindən sonra ilk dəfə olaraq ölkə hüdudlarından kənarda müharibə edə biləcək.

Reaksiya.az xəbər verir ki, Yaponiya Parlamentinin Yuxarı palatası Özünümüdafiə Qüvvələrinin səlahiyyətlərinin gücləndirilməsini nəzərdə tutan qanunların qəbuluna birdəfəlik səs verib.

Ötən il Yaponiyanın Nazirlər Kabineti baş nazir Sindzo Abenin başçılığı ilə ölkə Konstitusiyasına kollektiv özünümüdafiə hüququnun tətbiqinə icazə verən yeni interpretensiya qəbul edib.

Bu hüquq Yaponiyanın hətta ölkə hücuma məruz qalmasa belə öz hərbi müttəfiqlərinə hərbi yardım etməsini nəzərdə tutur.

Qəbul edilən qanun Yaponiya qoşunlarına II Dünya müharibəsindən sonra ilk dəfə olaraq sərhəddən kənarda gedən hərbi əməliyyatlarda iştirak etmək imkanı verəcək.

Qanun sıravi seçicilərin kütləvi etirazlarına baxmayaraq qəbul olunub.

Şərhlər

Çox oxunanlar