“Hәll olunmamış münaqişәlәr ABŞ hökumətini narahat edir”

19.09.2015 07:13     Dünyadan reaksiya     1734

ABŞ regionda münaqişələrin həll olunmamasından olduqca narahatdır.

Reaksiya.az xəbər verir ki, bunu Bakıda mətbuat konfransında ABŞ müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini xanım Evelin Farkas deyib.

Onun sözlərinə görə, təəssüf ki, bütün bu münaqişələrin ümumi xüsusiyyətləri var: "Güc tətbiqi və diplomatiya hələ də səmərə verməyib. Biz daima bu vəziyyəti izləyirik".

ABŞ rəsmisi qeyd edib ki, Suriya münaqişəsi və Suriyadan qaçqın axını bir daha göstərir ki, insanlıq naminə işimizi daha güclü və səmərəli aparmaqda davam etməliyik.

Şərhlər

Çox oxunanlar