Sabiq mer yenidən həbs edildi
19.09.2015 07:41 Dünyadan reaksiya 1668
24 saat əvvəl azdlığa çıxan Tiflisin sabiq meri Qiqi Uqulava məhkəmə tərəfindən 4 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Reaksiya.az-ın məlumatına görə, sabiq mer Qiqi Uqulava 2 milyon dollar məbləğində büdcə vəsaitinin qanunsuz yollarla xərcləməkdə günahlandırılır. Tiflis şəhər məhkəməsi onu 4 il 5 ay müddətində azadlıqdan məhrum edib.
Bildirilir ki, 2009-2010-cu illərdə hakimiyyətdə olan “Vahid milli hərəkət" partiyasının üzvləri sabiq mer tərəfindən maliyyələşdirilib.
Həmçinin Uqulava saxta iş yerləri yaratmaqda da günahlandırılır.
Məhkəmə iclasında mer özü iştirak etməyib. Qərara etiraz edən Uqulava və tərəfdarları şəhər məhkəməsinin həyətində çıxarılan hökümə qarşı bəyanatlar səsləndiriblər.
Uqulava 2014-cu ilin iyulunda Tiflis məhkəməsinin qərarı ilə 9 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Amma həbs müddəti bitdikdən sonra sabiq mer daha bir neçə ittiham üzrə günahlandırldığı üçün azadlığa çıxa bilmədi.
Gürcüstanın Konstitusiya Məhkəməsi sabiq merə qarşı ayrı-ayrı irəli sürülən ittihamları konstitusiyaya zidd hesab edib. Buna görə də Uqulava dünən 15 aylıq həbsdən sonra bəraət alıb.
Qiqi Uqulava jurnalistlərə verdiyi ilk açıqlamasında gün ərzində onun məhkəmə prosesini izləyən vətəndaşlara minnətdarlığını bildirib və qeyd edib ki, o, yenidən həbs oluna bilər. Uqulava özünün də dediyi kimi 24 saat keçməmiş yenidən həbs edildi.
Uqulava ilə birlikdə sabiq müdafiə naziri David Kezeraşvilidə mühakimə olunurdu. Amma Kezeraşvili məhkəmənin qərarı ilə bəraət aldı. Sabiq nazir David Kezeraşvili 5 milyon avro mənimsəməkdə ittiham olundu. Həmçinin Gürcüstan Müdafiə Nazirliyinin satınalmalar üzrə departamentinin sabiq müdiri Aleksandr Ninua vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xüsusilə iri məbləğdə vəsaitin israfçılığında şübhəli bilinir. Sabiq nazirə qarşı 2013-cü ilin əvvəlində irəli sürülən ittihamdan sonra o, İnterpol-un xətti ilə Fransada saxlanılıb. İlk vaxtlar Fransa məhkəməsi işə baxdıqdan sonra Kezeraşvilinin təqib olunmasında siyasi motiv olmasını əsas gətirərək onu Gürcüstana ekstradisiya etməməkdən imtina edirdi.
Bəzi məlumatlara görə, Uqulavanın həbsi Gürcüstanın sabiq-baş naziri Bidzin İvanişvilinin tapşırığı ilə həyata keçirilib.
Sabiq merin müdafiəçiləri apellyasiya şikayəti verəcəklərini bildiriblər.
Qiqi Uqulavanın azad olunmasına Odessa qubernatoru, sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili Facebook səhifəsində münasibət bildirmişdi: "Mən günahı olmayan Qiqi Uqulavanın azad olunmasını alqışlayıram. 14 ay başa çatdıqdan sonra rus oliqarxının rejiminin sonu başlayıb," M. Saakaşvili qeyd edib.
Şərhlər