Fransanın baş naziri Macarıstanı tənqid etdi
19.09.2015 10:23 Dünyadan reaksiya 2081
İsveçin paytaxtı Stokholma səfər edən Fransanın baş naziri Manuel Valls İsveçin baş naziri Stefan Löfven ilə bir araya gəlib.
Reaksiya.az xəbər verir ki, mətbuat konfransında Manuel Valls ölkəsində çoxsaylı müsəlman mühacirləri istəmədiyini deyən Macarıstanın baş naziri Orban haqqında açıqlama verib.
O, bu ifadələrin qətiyyən qəbuledilməz olduğunu bildirib: “Məsul şəxslər Avropa dəyərlərinə uyğun şəkildə danışmalıdır”.
Baş nazir əlavə edib ki, Avropa İttifaqı ölkələri daha yaxşı həmrəy olmalı və bir-birinə kömək etməlidir.
Şərhlər