71 il sonra bitən sürgün
19.09.2015 10:18 Dünyadan reaksiya 1919
Bir səhər Sovet əsgərləri oyatdılar və zorla qatara mindirdilər.
Reaksiya.az xəbər veri ki, bir ay davam edən səfərdə, aclıq və soyuqdan ölən uşaqlarını pəncərədən atmaq məcburiyyətində qaldılar. Bu gün o qatarlarda 35 Ahıskalı qadını Qırğızıstanda tapan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) onları 71 il sonra Gürcüstandakı ata-baba torpağına qovuşdurdu.
Gürcüstanda bir qatar yolunda sıra ilə düzülmüş 35 qadın. Bəziləri 80, bəziləri 90 yaşlarında. Əslində ayaqları ilə, amma ana vətənlərinə qovuşmağın istəyi ilə yeriyirlər. 71 il əvvəl bu relslər üzərindən torpaqlarından köç etmək məcburiyyətində qalmışdılar, eyni relslər üzərində evlərinə qayıdırlar. 1944-cü ildə Stalin tərəfindən məcburi köçürülən yüz minlərlə Ahıska Türklərindən geriyə qalan bir ovuc qadın qalıb. Onlar da son nəfəslərini verməmişdən əvvəl ata ocağına qayıtmağın sevincini yaşayırlar.
400 ailə icazə aldı, 13 mini növbə gözləyir
Sovetlər Birliyi dövründə Türkiyənin Sovet Gürcüstanı arasındakı sərhəd təhlükəsizliyini təhdid etdikləri səbəbilə 1944-cü ildə Asiyaya məcburi köçürülən Ahıska Türklərindən bu gün geriyə bəlkə də bir ovuc yaşlı insan qalıb. Onları yaşadıqları Qırğızıstan, Özbəkistan, Qazaxıstanda tapan TİKA kiçik bir reportaj hazırlayıb.
Gürcüstan ilk fazada 400 Ahıskalı ailənin ata-baba torpaqlarına qayıtmalarına icazə verdi. 13 min ailə isə növbə gözləyir.
TİKA-nın Gürcüstan bölməsinin sədri Mustafa Korkmazın tapdığı qadınlar o qatar yolu üzərində yenidən yeridi, doğulduqları kəndləri, ya da atalarının torpaqlarına yenidən qovuşmağın sevincini yaşadı.
71 illik sürgün zamanı nə baş vermişdi? Köç zamanı Sovet əsgərləri "Bir həftə sonra kəndinizə qayıdacaqsınız. İki saat ərzində qatara minin" deyərək mindirmişdi onları vaqonlara. O vaqonlarda, soyuqdan və aclıqdan donaraq ölən körpələri, uşaqları pəncərədən bayıra atmaq məcburiyyətində qalmışdılar. Getdikləri yeni ərazilərdə ikinci dərəcəli vətəndaş olmuş, vətən həsrətiylə yaşamışdılar. Ahıskalı qadınları müşayiət edərkən, bir insanın vətənsiz olmasının nə qədər çətin bir şey olduğunu iliklərinə qədər hiss edir insan.
MƏMLƏKƏTƏ QOVUŞMANIN SƏADƏTİ
Ahıska Türklərinin 71 il sonra torpaqlarına geri dönüş anında daha çox sevinc və göz yaşları var idi. Abasubani kəndindən olan 79 yaşlı Əlixan Muzafferoğlu uşaqlıq dostu Behzatova Səltənəti bir anda qarşısında görüncə, uşaq kimi ağlamaqdan özünü saxlaya bilmədi. Səltənət "Kəndimin qoxusundan darıxmışdım" deyir. Babası Şehri Əfəndinin məzarında dua edir. 76 yaşlı Şəfiqə Badalovanın uşaqlığına dair xatırladığı ilk şey o ölümcül qatardır. İndi isə vətənə qovuşmağın səadəti oxunur üzündən.
Şərhlər