"Putinin strategiyası Obamanı daim təəccübləndirir"

19.09.2015 11:09     Dünyadan reaksiya     1896

“Washington Post” qəzeti Barak Obama administrasiyasının Suriyadakı böhranın həllində Rusiyaya məğlub olduğunu yazıb.

Reaksiya.az xəbər verir ki, qəzet Obama və xarici siyasət qrupunun bu məsələdə yenidən çıxılmaz vəziyyətə düşdüyünü bildirib.

Qəzetdə Putinin gələn həftə BMT-nin Baş Məclisində çox güman ki, Rusiyanı İŞİD-ə qarşı koalisiyanın əsas üzvü olmasını təklif edəcəyi yazılıb. Nəticədə Obamanın 5 döyüşçü əldə etmək üçün 500 milyon dollar xərclədiyi xəyali yerli ordu və cansız hava hərəkəti ilə apardığı gizli müharibənin heç bir nəticə vermədiyi də qeyd olunub.

Yazıda Putinin məqsədli hərəkət etdiyi bildirilib: “Rusiyanın məqsədi Ərəb dünyasındakı əhəmiyyətli və keçmiş müttəfiqini dəstəkləməkdir. Kerri və Obamaya isə daim təəccüblənmək qalır, çünki Kremlin sərt adamlarını anlayacaq gücdə deyillər".

Həmçinin yazıda Rusiyanın qaçqın problemi ilə bağlı da məqsədyönlü hərəkət etdiyi şərh olunub: "Avropalılar günah və qorxu hissi ilə nə edəcəklərini bilmir. Putin də onlara çıxış yolunu göstərir: "Müharibə yoxdursa, qaçqın da yoxdur".

Eyni vəziyyətin kimyəvi silah böhranında olduğu da vurğulanıb: "Putin vəziyyəti düzəltmək üçün müdaxilə etdiyinə görə, Rusiya ABŞ üçün əvəzolunmaz tərəfdaşa çevrilə bilər".

Şərhlər

Çox oxunanlar