ŞOK: Hülya Avşar HDP-nin namizədi oldu
19.09.2015 10:59 Dünyadan reaksiya 2277
Türkiyə Respublikasında 1 noyabrda keçiriləcək erkən parlament seçkiləri üçün Xalqların Demokratik Partiyası (HDP) tərəfindən Ali Seçki Şurasına verilən siyahıda İstanbul 1-ci seçki dairəsində 9-cu sırada Hülya Avşarın adının olması həyəcan yaradıb.
Reaksiya.az xəbər verir ki, HDP Baş Qərargahının Ankara şəhərində yerləşən Mətbuat Xidməti çox sayda insanlara zəng edərək siyahıdakı adlarının doğruluğunu təsdiq etməyə çalışıb.
Məlum olub ki, adı çəkilən xanım heç də müğənni Hülya Avşar deyil, sadəcə soyadlar oxşardır. Namizəd lisey məzunudur və sənədlərdə sərbəst peşə sahibi kimi göstərilib.
HDP-nin namizədi Hülya Avşarın əvvəlki seçkidə də 1-ci seçki dairəsindən namizəd olduğu bildirilib.
Şərhlər