Əhməd Davudoğlu suriyalı qaçqınlarla görüşəcək
19.09.2015 13:02 Dünyadan reaksiya 1956
Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün Çankaya Köşkündə Türkiyədə olan suriyalı qaçqınların nümayəndələrini qəbul edəcək.
Reaksiya.az xəbər verir ki, bu barədə məlumat nazirlikdən verilib.
Son olaraq beş gün əvvəl Yunanıstan sərhədinə keçmək üçün Ədirnəyə gedən və ərazidə gözləyən köçkünlərdən təxminən 700-ü Ədirnəyə doğru yürüşə keçib. Köçkünlərin qarşısını jandarma qüvvələri alıb.
Baş nazirin müavini Numan Kurtulmuş Türkiyədə 2 milyon 225 min 147 suriyalının olduğunu söyləyib. O, qaçqınlara xərclənən pulun 7,6 milyard dollardan çox olduğunu və Avropa ölkələrinin də kifayət qədər kömək etmədiyini bildirib.
Baş nazirin müavini, həmçinin hazırda 2 min 300 suriyalının Ədirnədə sərhəd qapısında və İstanbulda avtovağzallarda gözlədiyini açıqlayıb.
Şərhlər