Tuncelidə 10 PKK-lının cəsədi tapıldı

19.09.2015 14:48     Dünyadan reaksiya     2014

Tuncelidə ötən günlərdə döyüş təyyarələri tərəfindən edilən bombardmandan sonra Ovacıq rayonunda, Aslıca ilə Otlubahçe kəndləri arasında aparılan aramalarda PKK terror təşkilatına mənsub olduğu güman edilən 10 nəfərin meyitləri tapılıb.

 Reaksiya.az xəbər verir ki, Diyarbəkir və Malatyadan qalxan təyyarələrin bombardmanı nəticəsində öldürülən terrorçuların cəsədlərinin yandığı və tanınmaz halda olduğu öyrənilib.

Öldürülən terrorçu sayının artacağı bildirilir. Cəsədlərin əvvəl Ovacıq rayon Jandarm Komandanlığına, oradan da kimlik təsbiti üçün Malatya Adlı Tibb Müəssisəsinə göndərilməsi gözlənilir.

Tunceli İcra Hakimiyyəti Ovacıq rayonu kəndində PKK-nı zərərsizləşdirmək üçün keçirilən və şəhid polis məmuru Aydın Nazillioğlunun adının verildiyi əməliyyatda aralarında terror təşkilatının yüksək səviyyəli nümayəndələrinin də olduğu çoxlu sayda PKK-lının öldürüldüyünü açıqlayıb.

Şərhlər