50 suriyalı hərbçi qətlə yetirildi

19.09.2015 15:52     Dünyadan reaksiya     1978

"Əl-Qaidə"nin Suriya qolu "Əl Nusra" təşkilatı İdlib şəhərində 9 sentyabrda ələ keçirdiyi Əbu Duhur Hərbi Hava Limanında əsir tutduğu Suriya ordusu hərbçilərindən 50-sini kütləvi şəkildə öldürüb.

Reaksiya.az xəbər verir ki, onlardan bəzilərinin yüksək rütbətli olduqları məlum olub.

Digər tərəfdən, "Əl Nusra"nın əlində bəzi hərbçilərin də sağ olduğu və İdlibdə həbsxanada saxlanıldıqları öyrənilib.

Qeyd edək ki, "Əl Nusra" ələ keçirdiyi hərbçilərin fotolarını sosial mediada yaymışdı.

Suriyada 2011-ci ildən etibarən silahlı mübarizə aparan və şəriət dövləti hədəf seçən "Əl Nusra" terror təşkilatlarının siyahısında yer alır.

ABŞ zaman-zaman Suriyada bu təşkilatın hədəflərini havadan bombalayır.

Şərhlər

Çox oxunanlar