Terrorla mübarizədə "5 rəng, 5 mükafat" sistemi

19.09.2015 16:10     Dünyadan reaksiya     1843

Türkiyədə terrorla mübarizə çərçivəsində "Terrorla Mübarizə Qanunu dairəsinə daxil olan cinayətlərin günahkarlarının tutulmasına komək edənlərə veriləcək mükafat haqqında əsasnamənin" tətbiq etməyə dair təfərrüatları məlum olub.

İlk mərhələdə hazırlanan qırmızı siyahıda terror təşkilatı PKK liderlərindən Murad Karayılan, Cəmil Bayık da aralarında olduğu 16 PKK-lı, 2 DHKP-C, 1 İŞİD, 1 MLKP, mavi siyahıda isə 17 PKK-lı, 3 MLKPLİ var.

Rəsmilərdən verilən məlumata görə, əsasnamənin tətbiqi prosesində 5 rəng müəyyənləşdirilib və rənglərə fərqli səviyyələr əlavə olunub. Hər lider qrupu üçün ayrı rənglər təsdiq olunub. Mərhələli olaraq müəyyən olunan siyahıda adlar Qırmızı, Mavi, Yaşıl, Narıncı və Qara - deyə sıralanır.

Hər bir tərcümeyi halda terror şübhəlisinin adının keçdiyi və ya təlimatını verdiyi terror aktları, yol açdığı can itkiləri müəyyən olunur, fotoları, təşkilatlarda iştirak illəri və fəaliyyətləri kimi məlumatlar yer alır.

Əsasnaməylə terror təşkilatlarının, başda yüksək səviyyəli rəhbərləri, rayon və sahə səbəbkarları, vilayət və rayon səbəbkarları olmaqla bütün rəhbər mərhələləri məqsədli güdülür. Veriləcək "təşviq mükafatı”, eyni zamanda EYP (Əl İstehsalı Partlayıcı), sursat, can itkisinə yol açan bütün maddi-texniki amillər, aksiya hazırlıqları kimi faktorları da əhatə edir. Əsasnamənin tətbiq edilməsi ilə bağlı yaradılan komissiya təsirli və doğru olduğu müəyyən edilən hər bir məlumatı ayrı-ayrı qiymətləndirəcək, hər bir məlumat üçün ayrı-ayrı mükafat qərarı verəcək.

Tutulan və ya zərərsizləşdirilən şəxs və ya mane olan cinayətin xarakterinə görə mükafat məbləği 4 milyon türk lirəsinə qədər çıxır. Törrorla mübarizə rəsmiləri 200 min türk lirəsi qədər mükafatların başlıca olaraq sursat, EYP, aksiya hazırlığı, sahə liderləri kimi faktorları əhatə edəcəyini, 4 milyon türk lirəsi olan mükafatların lider heyəti, bölgə gunahkarlarına və Mərkəzi Komitə üzvlərinin tutmasını təmin edəcək məlumatları əhatə edir. Bununla yanaşı böyük miqdarda EYP və maddi-texniki amillərə zərbə vurmağı təmin edən məlumatları təslim edənlərə veriləcək mükafat komissiya qərarını artacaq.

Komissiya hər hansı bir ədalətsizlik və gecikmə baş verməməsi üçün də verilən məlumatın doğruluğu təsdiqinə  ən gec 10 gün müddətində qərar verəcək.

 

Şərhlər

Çox oxunanlar