Aİ-dən Yunanıstana 24 saat vaxt
12.06.2015 20:03 Dünyadan reaksiya 1720
Avropa İttifaqının, Yunanıstana son təkliflərini təqdim edərək eurodan çıxışa maneə törədəcək bir müqavilənin imzalanması üçün 24 saat vaxt verdiyi ortaya çıxıb.
Yunan mediasında gedən xəbərlərə görə, Beynəlxalq Valyuta Fondunun (BVF) Yunanıstan ilə müzakirələrdə irəliləyiş əldə olunmamasını nəzərə alıb danışıqlardan çəkilməsindən sonra dünən axşam saatlarında Brüsseldə bir araya gələn Avrozona ölkələrinin nümayəndələrinin, Afina hökumətindən təşkilatların həll planı ilə bağlı son təkliflərini cümə günü gecə yarısına kimi təqdim etməsini istədiyi bildirilib.
Xəbərlərdə, avrozona ölkələri nümayəndələrinin ilk dəfə Yunanıstan ilə bağlı bir B planını müzakirə etdikləri iddia olunur.
Yunanıstan Nazirlər Kabinetindən verilən açıqlamada isə hökumətin lazımlı ön şərtləri əhatə edən bütün bir müqaviləsi üçün müzakirə etdiyini ifadə edilərək, bu mövzudakı təkliflərinin daha əvvəl təşkilatlara çatdırıldığı bildirilir.
Bu arada, Yunanıstan müdafiə naziri Panayotis Kammenos, iyun ayının sonuna kimi müqavilə təmin edilməməsi halında Yunanıstanın BVF-nə olan borclarını ödəyə bilməyəcəyini söyləyib. Xatırladaq ki, Yunanıstan, BVF-nin 5 iyunda ödəməli olduğu 300 milyon avronu ödəməmiş və bu ay içərisindəki ümumi 1,6 milyard euroluk borcunu 30 iyunda birdəfəlik ödəməyi planlaşdırdığını açıqlamışdı.
Şərhlər