Roma Papası Kubaya səfər edib
20.09.2015 06:28 Dünyadan reaksiya 1592
Roma Papası Fransisk Kuba-ABŞ münasibətlərinin normallaşması prosesinə şəxsi dəstəyini vermək məqsədi ilə Havanaya xüsusi səfər edib.
Reaksiya.az-ın verdiyi xəbərə görə, bu səfər Papanın sayca 10-cu xarici səfəridir. Ondan əvvəl Kubaya 1998-ci ildə II İoann Pavel, 2012-ci ildə isə XVI Benedikt səfər ediblər.
Roma Papası zəfəri zamanı paytaxt Havanada və ölkənin şərqində dini ayinlər keçirəcək, ölkə rəhbəri Raul Kastro ilə görüşəcək.
Roma Papası Fransiskin Kubaya səfəri sentyabrın 22-dək planlaşdırıb.
Şərhlər