İtaliyanın sahil mühafizə qüvvələri 4700 miqrantı xilas edib
20.09.2015 07:31 Dünyadan reaksiya 1741
İtaliyanın sahil mühafizə qüvvələri Liviya sahili yaxınlığında 4700 miqrantı xilas edib.
Reaksiya.az xarici mətbuata istinadən xəbər verir ki, sahil mühafizə xidmətinin bəyanatına əsasən, xidmət qüvvələri 20 xilasetmə əməliyyatını əlaqələndiriblər, nəticədə Aralıq dənizini rezin qayıq və istifadəyə yararsız bərələr vasitəsilə qət etməyə çalışan 4343 miqrant xilas edilib.
Yunanıstan sahil mühafizə qüvvələri daha 335 nəfəri xilas edib.
Xilasetmə əməliyyatı zamanı qayıqların birində ölmüş qadın aşkarlanıb. Onun ölüm səbəbi açıqlanmır.
Xilasetmə əməliyyatlarında İtaliyanın sahil mühafizə və Hərbi-Dəniz Qüvvələri, “Sərhədsiz həlimlər” təşkilatı, “ЕС EUNAVFOR Med” hərbi-dəniz əməliyyatına cəlb olunmuş Almaniya və Böyük Britaniyaya məxsus hərbi gəmilər və digər gəmilər iştirak edib.
Şərhlər