​Yunanıstanda növbədənkənar parlament seçkiləri keçirilir

20.09.2015 11:09     Dünyadan reaksiya     1611

Yunanıstanda növbədənkənar parlament seçkilərinə start verilib.

Reaksiya.az-ın məlumatına görə təqribən 9,837 milyon vətəndaşa səsvermə hüququ verilib.

Onlara seçkilərə buraxılan 14 partiya və 5 seçkiqabağı birlikdən ibarət birpalatalı parlamentə dörd il müddətinə 300 üzv seçmək təklif olunur.

Seçkilər partiya siyahısı üzrə keçirilir. Çünki ötən parlament seçkilərindən 18 ay keçməyib. Ona görə seçicilər dəstəkləmək istədikləri partiyanı seçəcəklər və partiya namizədlərinin soyadı qarşısına "x" işarəsi qoya bilməyəcəklər. Əks halda bülleten etibarsız sayılacaq.

Şərhlər

Çox oxunanlar