Məşhur yazıçı vəfat etdi

20.09.2015 13:18     Dünyadan reaksiya     1728

ABŞ-da məşhur britaniyalı yazıçı Ceki Kollinz 77 yaşında dünyasını dəyişib.
 
"Report" xəbər verir ki, çoxsaylı bestsellerlər müəllifinin ölümünə onkoloji xəstəlik səbəb olub.
Yazıçının ailəsi tərəfindən yayılan məlumatda Kollinzin 6 ildən artıqdır döş xərçəngindən əziyyət çəkdiyi bildirilir.
 
Jaklin Cill Kollinz karyerasına 1968-ci ildə başlayıb. Ötən illər ərzində onun Hollivudda həyat və cinayət aləmi haqqında kitablarının tirajı 500 milyon nüsxəyə çatıb. Onun 32 romanının hər biri bestsellerlər siyahısına düşüb.

Şərhlər