Türkiyədə terror əleyhinə möhtəşəm mitinq keçirildi
21.09.2015 02:35 Dünyadan reaksiya 1604
Son aylar Kürd Fəhlə Partiyasının (PKK) Türkiyədə törətdiyi çoxsaylı insan tələfatı və maddi ziyanla nəticələnən fasiləsiz terror aktlarına etiraz olaraq sentyabrın 20-də İstanbulun Yenikapı meydanında izdihamlı mitinq keçirilib.
Türkiyənin dövlət rəhbərlərinin qatıldığı “Milyonlarca nəfəs, terrora qarşı tək səs!” devizi ilə keçirilən mitinqdə ölkənin görkəmli nümayəndələri, o cümlədən terror aktlarında şəhid olanların doğmaları və qazilər də olmaqla on minlərlə insan iştirak edib.
“Şəhidlər ölməz, Vətən bölünməz!”, “Türk və kürd qardaşdır, ayrılıq salan şərəfsiz!” və s. kimi şüarlar səsləndirən mitinqçilər terrorçulara və onları dəstəkləyənlərə lənət yağıdırıblar.
Mitinqdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmaz və Baş nazir Əhməd Davudoğlu terrorçuluğun kökü kəsilənədək qətiyyətli mübarizə aparılacağını diqqətə çatdırıblar.
Şərhlər