Orduya çağırış yaşı artırılır
21.09.2015 03:10 Dünyadan reaksiya 2312
Ukrayna Silahlı Qüvvələrinə çağırış saxlanılacaq, ancaq çağırış yaşı artırılacaq. Musavat.com-un Ukrayna qaynağına istinadən verdiyi xəbərə görə, belə bir açıqlamanı prezident Pyotr Poroşşenko verib.
“Çağırışçılar zəmanətli şəkildə Antiterror Əməliyyatı Zonasına düşməyəcəklər”, - deyə prezident ölkə telekanallarına müsahibəsində vəd edib. Poroşşenko bu zaman çağırış yaşının 18-dən 20-yə qaldırılacağını da söyləyib.
Xatırladaq ki, Ukraynada orduya çağırış 2013-cü ildə ləğv olunub. Ancaq 2014-cü ilin aprelindən Donbasda xüsusi əməliyyatların başlanması ilə yenidən bərpa edilib.
Şərhlər