Tanınmış jurnalist həbs edildi

21.09.2015 10:20     Dünyadan reaksiya     1991

Türkiyənin “Bu gün” qəzetinin yazarı və keçmiş prokuror Gültəkin Avcı həbs olunub.

Reaksiya.az xəbər verir ki, jurnalistlə bərabər 3 polis əməkdaşı da saxlanılıb.

Həbs olunma tələbiylə məhkəməyə sövq edilən polislər Feridun Turan, Ümit Yurdakul və  M.Tolgahan Tuzcu isə nəzarət şərti ilə sərbəst buraxılıb.

Gültəkin Avcı ilə birlikdə haqlarında həbs qərarı verilən polislər isə Yusuf Yolcu, Enes Arı ve Murat Çobanoğlu olduğu öyrənilib.

Qeyd edək ki, Gültəkin Avcı Samanyolu Televiziyasının Yayım Qrupunun baş direktoru və proqram aparıcısı Hidayət Qaracanın vəkilliyini edib.

Şərhlər

Çox oxunanlar