"ABŞ ən azı 100 min qaçqını qəbul edəcək" - Con Kerri

21.09.2015 10:12     Dünyadan reaksiya     1838

ABŞ-ın Dövlət Katibi Con Kerri ölkəsinin bu il və gələcək illərdə alacağı miqrantların sayının artacağına işarə edərək "Gələn il ən azı 10 min Suriyalı qaçqını qəbul etdiyimizi vurğulamaq istəyirəm" deyib.

Reaksiya.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Frank-Uolter Steinmeier və ABŞ-ın Dövlət Katibi Con Kerri Almaniyanın paytaxtı Berlində Xarici İşlər Nazirliyinin Qonaq Evində bir araya gəldikdən sonra birgə mətbuat konfransı keçirib.

Kerri ölkəsinin keçən il 70 min qaçqını qəbul etdiyini xatırladıb: "Bu il bu rəqəm 85 minə çatacaq".

Dövlət Katibi dünyanın digər bölgələrindən də qaçqın qəbul etdiklərinə işarə vurub: “Gələn il ən azı 10 min Suriyalı qaçqını qəbul edəcəyik, ancaq bu, son hədd deyil. Digər ölkələrdən də qaçqınlar qəbul edirik. Gələn il hədəfimiz 100 min qaçqını qəbul etməkdir. Suriya böhranının həllində Almaniya da mühüm rol oynayır. Suriya rejiminə Rusiya və ya başqa ölkə tərəfindən davam edən hərbi dəstək radikalların güclənməsinə və Əsədin hakimiyyətdə qalmasına kömək edir”.

Steinmeier isə Suriyadakı problemlə bağlı bunları deyib: "Biz beynəlxalq birlik olaraq Suriya məsələsində Türkiyə, Səudiyyə Ərəbistanı, İran və Rusiyanın iştirakı ilə bir mövqe göstərdik. Bu, bizim ən vacib məqsədimizdir”.

Şərhlər

Çox oxunanlar