AKP-nin siyahısı açıqlanır - CANLI - VİDEO

21.09.2015 13:18     Dünyadan reaksiya     2422

Bu gün AKP millət vəkili namizədləri görkəmli bir mərasimlə ictimaiyyətə tanıdılacaq.

Reaksiya.az xəbər verir ki, 550 millət vəkili namizədinin yer aldığı “özünə qayıdış” siyahısını baş nazir Əhməd Davudoğlu təqdim edəcək.

Partiya üzvləri ölkənin 81 rayonundan 800 avtobusla Ankaraya aparılacaq. Təxminən 30 min partiyanın salonda və salon kənarında toplanması gözlənilir.

Tədbirə partiya rəhbərləri, keçmiş və hazırki mərkəz qərargahın və idarə heyətinin üzvləri, sabiq AKP-li nazirlər, sabiq və hazırki millət vəkilləri, bələdiyyə başçıları və bələdiyyə məclis üzvləri dəvət edilib.

Qeyd edək ki, əvvəlki illərdə seçki bəyannaməsi namizədlərin təqdimatı mərasimində açıqlanırdı. Bu il bununla bağlı bəzi məlumatlar verilsə də, bəyannaməni Davudoğlu ABŞ səfərindən qayıdandan sonra tam açıqlayacaq.

Şərhlər