Çingiz Aytmatova niyə Nobel mükafatı verilməyib?
21.09.2015 11:21 Dünyadan reaksiya 2318
Türk Ədəbiyyatı Fondunun mərhum sədri Servet Kabaklı vəfatından əvvəl “İstanbul" agentliyinə verdiyi son müsahibəsində Nobel mükafatı məsələsində dünya miqyasında tanınmış qırğız yazıçı Çingiz Aytmatovun böyük haqsızlığa uğradığını bildirib.
Reaksiya.az xəbər verir ki, “İstanbul" agentliyi bu barədə mətn yayıb:
“Vəfatından bir neçə ay əvvəl “İstanbul" agentliyinə qonaq olan Servet Kabaklı türk ədəbiyyatının gəldiyi vəziyyəti qiymətləndirərək iddialı bəyanatlar verib: "Türkiyədə bir dənə roman yazan çıxır, “Nobel” mükafatı alır. Orhan Pamukun belə mükafat alması əlbəttə ki, Türkiyə üçün müsbət haldır. Ancaq şəxsən mən "Biz tarixdə 1,5 milyon erməni, 50 min türk kəsdik!" kimi ifadələr işlədən bir insanın belə mükafat almasına sevinmədim".
Kabaklı Çingiz Aytmatov kimi bir yazıçıya haqsızlıq edildiyini də dilə gətirib: "Çingiz Aytmatov kimi dəfələrlə namizəd olan, əsərləri 172 dilə tərcümə olunan yazıçı mükafat almır, ancaq Orhan Pamuk qazanır. Nə deyim, xeyirli olsun".
Qeyd edək ki, Türk Ədəbiyyatı Fondunun sədri Servet Kabaklının təxminən 2 ay əvvəl halı qəfildən pisləşib, müalicə aldığı xəstəxada həyatını itirib.
Şərhlər