"Türkü, kürdü heç kəs ayıra bilməz"
21.09.2015 12:04 Dünyadan reaksiya 1962
“Kürdlərlə qardaşlığımızı heç kim poza bilməyəcək".
Reaksiya.az xəbər verir ki, bu sözləri baş nazir Əhməd Davudoğlu mitinqdəki çıxışı zamanı bildirib.
Davudoğlu, həmçinin türkü kürddən heç kəsin ayıra bilməyəcəyini qeyd edib:
"Bu milləti parçalamaq fikrinə düşən, əti sümükdən ayırmaq istəyən hər kəs rədd olsun. Rədd olacaqlar, inşallah. Sizə söz veririk, onlara layiq olduqları cəzanı vermək üçün gecə-gündüz işləməyə davam edəcəyik. Bu gün hər biriniz 78 milyonu təmsil edirsiniz. Əsla kürdləri potensial təhdid olaraq görməyin. Burada ölməz olan şəhidlərin nəfəsi var. Qardaşlıq üçün hər şeyi etdik. Biz vətəndaşlarımızı mənsub olduqları əraziyə görə ayırıb “Haralısan?” deyə soruşmuruq. Hamını Allah üçün sevirik. “Silahları yerə qoyun” dedik, ancaq silahlar Türkiyəni tərk etmədi. Həll prosesində gedərkən xarici qüvvələr “Gəzi” təxribatlarına başladı. 17-25 dekabr tarixlərində hiylə qurdular. Hədəfləri isə açıq idi: Birlik və bərabərliyi yox etmək. “Belimizi terror təşkilatına dayayırıq” - deyən həmsədrə müraciət edirəm: Biz millətimizə arxalanırıq. Diyarbəkirə, Hakkariyə kürəyimizi söykətmişik. Qəndili və ətrafındakı bütün düşərgələri yerlə yeksan etdik, etməyə də qərarlıyıq. Heç kim eyforiyaya qapılacağımızı, fəaliyyətimizin zəifləyəcəyini düşünməsin. Silahlar yerə qoyulana qədər mübarizəni davam etdirəcəyik. Millətimizi qırğına verənlərə qarşı heç vaxt başımızı əyməmişik, əyməyəcəyik. Noyabrın 1-də bunların barajı keçməyinə imkan verməyəcəksiniz. AKP-ni təkbaşına hakimiyyətə gətirəcəksiniz. Hamı seçki hüququndan istifadə etməyə dəvət edirəm. Ayağa qalxmağa hazırsınızmı? Böyük Türkiyəni yaratmağa hazırsınızmı?".
Şərhlər