PKK daha bir partlayış törətdi - VİDEO

21.09.2015 15:01     Dünyadan reaksiya     2117

PKK terror təşkilatının Yüksekova-Şemdinli yoluna yerləşdirdiyi partlayıcı polis maşını keçəndən sonra partlayıb.

Reaksiya.az xəbər verir ki, həmin avtomobil yolunda 15 metr enliyində, 4 metr dərinliyində çuxur yaranıb.

Ölən və yaralananın olmadığı hadisədə çox sayda ev və iş yerinin qapı və pəncərələri sınıb, elektrik qurğuları zərər görüb.

Təhlükəsizlik qüvvələri terrorçuların yaxalanması üçün əməliyyata başlayıb.

Şərhlər