İran prezidenti "ABŞ-a ölüm" deyənləri müdafiə etdi
21.09.2015 15:35 Dünyadan reaksiya 1938
İran prezidenti Həsən Ruhani İranda rejimin lehinə keçirilən mitinqlər və cümə namazlarında tez-tez səsləndirilən "ABŞ-a ölüm” şüarını müdafiə edib.
Reaksiya.az xəbər verir ki, prezident ABŞ-da yayımlanan CBS televiziyasının jurnalisti Stiv Krofta müsahibə verib.
Jurnalistin ABŞ əleyhinə şüarları xatırlatmasına cavab olaraq Ruhani şüarın Amerika xalqını hədəf almadığını, xalqın amerkalılara hörmətlə yanaşdığını bildirib:
"İran xalqı heç bir ölkə ilə müharibə aparmaq niyyətində deyil. Amma ABŞ İran xalqının milli maraqlarına qarşı aksiyalar təşkil edib. Ona görə insanların bu mövzudakı həssaslığı başadüşüləndir”.
Prezident, həmçinin ABŞ-ın Şah Rza Pəhləviyə qarşı qaldırılan üsyanlarda şahı dəstəklədiyini, 8 il davam edən İran-İraq müharibəsində də Səddam Hüseynin yanında olduğunu qeyd edib:
"İran xalqı keçmişi unutmayacaq, amma eyni zamanda da diqqətimizi gələcəyə yönəltməliyik".
Ruhani ABŞ-ın düşmənçilik mövqeyindən əl çəkib xoş niyyətini göstərməsi nəticəsində ikitərəfli əlaqələrin də gələcəkdə dəyişəcəyini vurğulayıb.
Şərhlər