Putin və Obama görüşəcəkmi?
21.09.2015 16:57 Dünyadan reaksiya 1927
Son günlərin ən çox müzakirə olunan mövzusu Nyu-Yorkda Rusiya və ABŞ prezidentlərinin görüşüb görüşməməsidir.
Reaksiya.az xəbər verir ki, Kremlin sözcüsü Dmitri Peskov Moskvada keçirdiyi mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib:
“Putin Moskva-Vaşinqton arasındakı ikitərəfli münasibətləri düzəldəcək hər görüşə müsbət baxdığını bildirib”.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentlərinin sentyabrın 28-də BMT-nin baş qərargahında çıxışı gözlənilir.
Ukrayna böhranına görə uzun müddətdir ki, ikitərəfli rəsmi görüş keçirməyən Putin və Obama son olaraq ötən ilin noyabrında Pekindəki zirvə görüşündə qarşılaşıb.
Şərhlər