Türkiyədə qadınları belə aldadırlar
21.09.2015 17:14 Dünyadan reaksiya 1831
Türkiyə İstehlakçılar İttifaqının baş direktoru Mahmud Şahin hüquqşünaslardan ibarət idarə heyətinin üzvləri ilə birlikdə mətbuat konfransı keçirib.
Reaksiya.az xəbər verir ki, konfransda o, ölkədə istifadə edilən saxtakarlıq üsulları haqqında məlumat verib.
Sosial media başda olmaqla vizual və yazılı mediada reklam və təqdimatı keçirilən və geniş yayılan saxtakarlıq metodları haqda danışan Şahin "Bəzi məsələlərdə insanlar aldadıldığının fərqinə belə varmır və şikayətçi olmur. Bəziləri isə fərqinə varıb şikayətçi olur" sözlərini deyib.
Bir çox şəxslərin maddi qazanc məqsədi ilə təhsil və səhiyyə mövzularında aldadıldığını bildirən Şahin 11 əsas saxtakarlıq üsullarından söz açıb: “Bu siyahıda alfonsluq və cin çıxarma metodları geniş yayılıb. Bu zaman aldadılan şəxslər utandıqlarından şikayətçi olmurlar. Bəli, alfonsluq bir çox insanların aldadıldığı üsullardandır. İnsanlara belə sual verilir: “Ayda 5 min TL qazanmaq və dul qadınlarla birlikdə olmaq istəyirsənmi?”. Reklamdan sonra qeydiyyat üçün əməlli-başlı pul alınır, bir daha isə əlaqə yaradılmır. Onlar da ictimailəşməmək üçün şikayətçi olmur. Cin çıxartmaq da, təəssüf ki, şikayət edilməyən və ya edilə bilməyən başqa bir saxtakarlıq üsuludur. Bu zaman insanlar xeyli pul itirir. Cinsi istismara məruz qalanlar da az deyil”.
Şərhlər