“Suriya ikinci cəbhə açmaq iqtidarında deyil” - Putin
22.09.2015 01:04 Dünyadan reaksiya 1551
“Suriyaya İsraillə hərbi əməliyyatlar lazım deyil. Çünki Dəməşqin hazırda qarşısında duran əsas məsələ dövlətçiliyi qoruyub saxlamaqdır”.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu İsrail baş naziri Benyamin Netanyahu ilə görüşdə Rusiya prezidenti Vladimir Putin deyib:
“İsrail ərazisinin atəşə tutulmasına gəldikdə isə biz bunu qınayırıq. Məlumdur ki, atəş kustar üsulla hazırlanmış raket sistemlərindən açılır. Suriya ordusu ikinci cəbhə açmaq iqtidarında deyil”.
Putin Rusiyanın Yaxın Şərq siyasətinin həmişə məsuliyyətli olacağını bildirib: “İsrail dövlətində keçmiş Sovet İttifaqından çıxmış çoxlu sayda insanlar məskunlaşıb. Bu isə dövlətlərarası münasibətlərimizdə xüsusi iz qoyur. Rusiyanın bölgədəki fəaliyyəti həmişə məsuliyyətli olacaq”.
Öz növbəsində B. Netanyahu Moskvaya səfər səbəbinin regionda vəziyyətin pisləşməsi ilə bağlı olduğunu gizlətməyib. “İsrail və Rusiyanın ümumi marağı Yaxın Şərqdə sabitliyin qorunmasıdır. Mən təhlükəsizlik sahəsində gərgin vəziyyətə görə buradayam. Vəziyyət günü-gündən gərginləşir”.
İsrail baş naziri İran və Suriyanı Qolan təpələrində İsrailə qarşı ikinci terror cəbhəsi açmaqda ittiham edib.
Şərhlər