Terror aktları nəticəsində ölənlərin sayı 54-ə çatıb - Nigeriyada

22.09.2015 01:52     Dünyadan reaksiya     1553

Nigeriyada baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 54 nəfərə çatıb.

Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terror aktları zamanı 90 nəfər yaralanıb.

Partlayışlar ölkənin şimal-şərqində yerləşən Borno ştatının administrativ mərkəzi Mayduquri şəhərində baş verib. Hadisə nəticəsində mobil rabitə salonları olan binalar dağılıb.

Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Qeyd olunur ki, “Boko Haram” qruplaşması bu ərazilərə tez-tez hücumlar təşkil edir.

Şərhlər

Çox oxunanlar