Miqrantlara qarşı silahdan istifadə ediləcək

22.09.2015 02:40     Dünyadan reaksiya     1573

Macarıstan parlamenti sərhədlərin mühafizəsi məqsədilə orduya ölümcül olmayan silahlardan istifadə etmə hüququ verib.

Reaksiya.az-ın Sputniknews agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq qanun Macarıstan parlamenti tərəfindən səs çoxluğu ilə qəbul edilib.

Qanuna əsasən, ordu iğtişaşlar zamanı qeyri döyüş silahları, rezin güllələr, pirotexnik vasitələr və gözyaşardıcı qaz qumbaralardan istifadə edə bilər.

Qeyd edək ki, sentyabrın 15-ə keçən gecə Macarıstan miqrant axını ilə əlaqədar Serbiya ilə sərhədini bağlayıb. Bundan sonra Serbiya və Macarıstan arası neytral zonada 5 minədək qaçqın toplanıb. Sərhəddə macar polisi və miqrantlar arasında baş verən iğtişaş nəticəsində 30 polis və 150 miqrant xəsarət almış, 29 miqrant saxlanılmışdı. 

Şərhlər

Çox oxunanlar