Yunanıstanın yeni baş naziri siyasi and içdi
22.09.2015 07:19 Dünyadan reaksiya 1497
Yunanıstanda dünən edilən erkən seçkilərdə birinci gələn Radikal Sol İttifaq (SYRIZA) lideri Aleksis Çipras yenidən baş nazir olub.
Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu gün hökuməti qurma səlahiyyətini almaq üzrə prezident Prokopis Pavlopulosu ziyarət edib.
Çipras Müstəqil Yunanlılar Partiyası (ANEL) ilə razılaşaraq Pavlopuloun hüzurunda siyasi and içərək baş nazirlik vəzifəsinə başlayıb.
Baş nazir yunan kilsəsi nümayəndələrindən kimsənin qatılmadığı mərasimdən sonra yaxın iş yoldaşları Nikos Pappas və Olga Gerovasili ilə birlikdə dövr təslim mərasimi üçün baş nazirlik mənzilinə yollanıb.
Şərhlər