Türkiyəli hakimə Avropada vəzifə verildi
22.09.2015 10:30 Dünyadan reaksiya 1911
Türkiyəli hakim Işıl Karakaş Avropa İnsan Haqları Məhkəməsində (AİHM) sədr müavini vəzifəsinə seçilib.
Reaksiya.az xəbər verir ki, AİHM-nin yeni rəhbərliyi bu gün keçirilən seçkilərlə müəyyən olunub.
Gizli səsvermə keçirilən seçkilər nəticəsində İtalyan hakim Guido Raimondi AİHM-nin yeni sədri olub. Türkiyəli hakim Karakaşla Macar hakim Andras Sajo sədr müavini vəzifəsinə gətirilib.
AİHM-nin yeni sədri və sədr müavinləri 1 noyabrda vəzifəyə başlayacaq. Onlar 3 illik müddət üçün bu vəzifələrə seçilib.
Qeyd edək ki, Karakaş 2008-ci ildən bu yana AİHM-də Türkiyənin hakimi vəzifəsində işləyir.
AİHM 1959-cu ildə qurulduğundan bəri Avropa Şurasına üzv ölkələrdə insan haqları pozuntularının cəzalandırılması məsələsində mühüm rol oynayır. AİHM-nin 1950-ci ildə həyata keçirilən Avropa İnsan Haqları Konvensiyasının (AİHS) tətbiqi və üzv ölkələrin nəzarət məsələsində də həlledici rolu var.
Şərhlər