Tehranda nüvə obyektində reyd keçirildi
22.09.2015 11:16 Dünyadan reaksiya 1891
Beynəlxalq Atom Enerjisi Agentliyi nüvə fəaliyyətilə bağlı reyd etmək məqsədilə Tehranın cənub-şərqindəki Parçin obyektinə baş çəkiblər.
Reaksiya.az xəbər verir ki, Parçin obyektindən nümunələr götürülüb.
İran Atom Enerjisi Qurumunun sözçüsü Bəhruz Kemalvandi Beynəlxalq Atom Enerjisi Agentliyi əməkdaşlarının nümunələri götürməyi iranlı mütəxəssislərə həvalə etdiyini açıqlayıb.
Kemalvandi, həmçinin bildirib ki, İranın nüvə proqramı ilə bağlı həll edilməyən məsələlərin araşdırılması məqsədilə müfəttişlərlə iranlı həmkarları arasında müxtəlif sessiyalar keçiriləcək.
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano da Parçin obyektində araşdırmalar aparıb. Amano səfər zamanı prezident Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və İran Atom Enerji Qurumunun rəhbəri Əli Əkbər Salehi ilə də ikitərəfli görüşlər keçirib.
Qeyd edək ki, İranın paytaxt Tehranın cənub-şərqində yerləşən Parçin obyektində İranın hərbi məqsədlə nüvə sınaqları etdiyi iddia edilir, ancaq Tehran rəhbərliyi bu iddiaları rədd edir.
Şərhlər