Azərbaycanlı qanı tökən erməninin qanını tökdülər
22.09.2015 11:23 Dünyadan reaksiya 3208
“Bu adam ermənidir. Smbat Hakopyan deyilən bu erməni Qarabağ savaşında xeyli azərbaycanlı qanı töküb. İndi isə özünün qanını töküblər”.
Reaksiya.az xəbər verir ki, bu sözləri millət vəkili, jurnalist Sahib Alıyev özünün facebook səhifəsində yazıb:
“Bunu onunla birgə azərbaycanlıların qanını tökən və bundan şərəf duyduğunu bildirən Serjik etdirib. "Böyük, güclü və müstəqil Ermənistan" uğrunda vuruşan, əvəzində Moskvadan sovet dönəmindəkindən daha çox asılı, zəif və elə əvvəlki kimi kiçik bir forpost görən, bu azmış kimi üstəlik özü də dilənçi kökündə yaşayan Smbat narazıdır. Onun "Axı biz bunun üçün vuruşmamışdıq, niyə belə oldu?" sualına isə keçmiş cəbhədaşı və forpostbaşı Serj Sərkisyanın deməyə sözü yoxdur. Olmadığından da onu daha yaxşı bacardığı metodla susdurmağa çalışıb. Yəni bir zamanlar özüylə birgə qan tökən Smbatın qanını tökdürüb”.
Şərhlər