MHP-dən əmək haqqı açıqlaması - VİDEO

22.09.2015 12:15     Dünyadan reaksiya     1907

MHP seçki bəyannaməsini oktyabrın 3-də açıqlayacaq.

Reaksiya.az xəbər verir ki, bəyannamədə yeniliklər edilib.

Bu barədə məlumatı MHP-nin sədr müavini Semih Yalçın verib.

O, daha əvvəl 1400 TL olaraq vəd etdikləri minimum əmək haqqını 1800 TL-yə qaldırmaq istədiklərini bildirib:

“Bizim iqtisadi göstəricilərimiz qaynaqlara bağlıdır. Əgər yetərli mənbə tapılarsa, bu vədi yerinə yetirmək istəyirik. Bizim arzumuz MHP-nin hakimiyyətində minimum əmək haqqının bu səviyyəyə çıxarılmasıdır”.

Qeyd edək ki, MHP namizədlərinin təqdimatını Qurban Bayramından sonra keçirəcək.

Şərhlər

Çox oxunanlar