ABŞ-dan Türkiyəyə zərbə - VİDEO

22.09.2015 12:29     Dünyadan reaksiya     2000

ABŞ PKK-ya bağlı YPG-ni terror təşkilatı kimi görmədiklərini açıqlayıb.

Reaksiya.az xəbər verir ki, bunu ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Con Kirbi mətbuat konfransında bildirib.

O, YPG-nin İŞİD-ə qarşı mübarizədə iştirak etdiyini bildirib:

“YPG İŞİD-lə mübarizədə özünü təsdiqləyib. Bundan sonra da əməkdaşlıq edəcəyik. Həmçinin onların hamısı kürd deyil”.

Kribi Türkiyənin YPG-ni terrorçu təşkilat kimi görməsinə də aydınlıq gətirib:

“Türkiyənin YPG-yə qarşı narahatlığını başa düşürük, məsələ ilə bağlı danışıqlarımızı davam etdiririk. Türkiyənin İŞİD-lə mübarizədə koalisiyaya verdiyi dəstəyi də təqdir edirik".

O, Rusiyanın Suriyada hərbi güc toplamağı davam etməsindən narahatlıq keçirdiklərini də dilə gətirib:

“Rusiya İŞİD-lə mübarizə üçün güc topladığını desə də, bunun nə qədər həqiqəti əks etdirdiyini bilmirik”.

Şərhlər

Çox oxunanlar