Türkiyə PKK-nın Şimali İraqdakı hədəflərini bombaladı - VİDEO

22.09.2015 13:23     Dünyadan reaksiya     1921

Türkiyə Silahlı Qüvvələrinin F-16 və “F-4 2020” döyüş təyyarələri ilə Sinat-Haftanindəki PKK hədəflərini bombalayıb.

Reaksiya.az xəbər verir ki, bombardmanda PKK-ya məxsus maddi-texniki baza partladılıb.

İraqın şimalında İHA agentliyindən və digər kəşfiyyat mənbələrindən əldə edilən məlumatlara görə  PKK-ya aid ağac altı məskunlaşma sahəsində yerləşən sığınacaqlar və yeraltı sursat anbarı zərərsizləşdirilib.

Məhv edilən sursat anbarı 55 dəqiqə ərzində yanıb və partlayıb.

Şərhlər