Dəhşətli ailə dramı - Ana 2 qızını, ata isə həyat yoldaşını öldürdü - VİDEO

22.09.2015 15:55     Dünyadan reaksiya     2371

Türkiyənin Diyarbəkir şəhərində ana iki qızını qətlə yetirib.

Reaksiya.az xəbər verir ki, hadisə cib xərcliyi ucbatından baş verib. Mübahisədən sonra ana 18 və 20 yaşlı qızlarına odlu tüfəngdən atəş açıb.

Qadın otağa daxil olan həyat yoldaşına da atəş açmaq istəyib, lakin silah açılmayıb.

Qızlarının öldüyünü görən ata mətbəxdən bıçaq götürərək həyat yoldaşının boğazını kəsib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər