Volkswagen sahiblərinə bəd xəbər
22.09.2015 17:48 Dünyadan reaksiya 1868
Volkswagen markalı avtomobillərdəki qaz emissiyaları ilə bağlı sınaqlar aparılıb.
Reaksiya.az xəbər verir ki, sınağın nəticəsində maşınlarında ətraf mühitin standartlarını pozan manipulyasiyalar müəyyən edilib.
Cənubi Koreya başlatdığı istintaq 4-5 min avtomobili əhatə edib.
Fransanın maliyyə naziri Michel Sapin də mövzu ilə bağlı bəyanat verib: “İstintaq yalnız ABŞ-la məhdudlaşmamalıdır, Volkswagen avtomobillərinin qaz emissiyaları bütün Avropa ərazisində araşdırılması lazımdır”.
Avropa Komissiyası məsələ ilə bağlı tədbirlər görməyin hələ tez olduğunu bildirib.
Volkswagen şirkətinin icraçı direktoru Martin Winterkorn da məsələ ilə bağlı yazılı bəyanat verib:
"Müştərilərimizin və xalqın etimadını qırdığımıza görə təəssüf edirik. Bu problemin aradan qaldırılması üçün əlaqədar qurumlarla sürətli və şəffaf şəkildə əməkdaşlıq edəcəyik".
Qeyd edək ki, Volkswagen şirkəti ABŞ-da aparılan istintaq prosesinin nəticəsində 18 milyard dollar cərimə ödəmə riski ilə qarşı-qarşıya qala bilər.
Şərhlər