"Odessa qubernatoru Saakaşvili 267 dollar maaşla necə lüks restorana gedir?"
13.06.2015 12:54 Dünyadan reaksiya 1823
Ukraynanın Odessa şəhərinin qubernatorluğuna gətirilən keçmiş Gürcüstan lideri Mixail Saakaşvilinin maaşı Ukrayna mətbuatının gündəmindədir. “Ukrainskaya Pravda” qəzeti, rəsmi maaşı 5 min 644 qrivna (təxminən 267 dollar) olan Odessa qubernatoru Saakaşvilinin şəhərdə lüks restoranlarda yemək yeyərkən gördüklərinə diqqət çəkib.
Xəbərdə, "Saakaşvilinin içdiyi şərabın qiyməti 150 dollardır. Maaşı 5 min grivna ətrafında olan bir yerli bürokrat necə olur ki, belə lüks bir restoranda yemək yeyir?” – sualı qoyulub.
Sosial mediada yazılan bəzi şərhlərdə isə, "Odessa qubernatoru Saakaşvili təkcə qubernatorluq maaşı ilə yaşayır, yoxsa okean o tayından maliyyəmi alır?" - deyə suallar verilib.
2004-2013 – cü illərdə Gürcüstan prezidenti Saakaşvili haqqında vəzifəsindən sui-istifadə ilə bağlı istintaq başlamışdı.
Keçmiş gürcü liderin, ölkəsində dövlət büdcəsindən təxminən 4 milyon dollar mənimsədiyi iddia edilir.
Şərhlər