Şəhər meri rüşvətə görə həbs edilib

23.09.2015 00:48     Dünyadan reaksiya     1566

Estoniya təhlükəsizlik polisi Tallin şəhərinin meri Edqar Savisaarı saxlayıb. APA-nın verdiyi məlumata görə, E. Savisaar rüşvət almaqda günahlandırılır.

İttihama əsasən E. Savisaar 2014-2015-ci illərdə öz xeyrinə mülk və imtiyaz şəklində, 3-cü bir şəxsin adına isə ümumilikdə bir neçə yüz min miqdarında rüşvət alıb. Ondan başqa, işdə kömək, vasitəçilik etdiyi üçün  Estoniyanın bir neçə vətəndaşının da adı çəkilir. Onların arasında “Rand & Tuulberg”  tikinti şirkətinin rəhbəri Ayvar Tuulberq də var.

Qeyd edək ki, 65 yaşlı Edqar Savisaar Tallin şəhərinin meri vəzifəsini 2007-ci ildən icra edir. O, ölkədə Rusiyayönümlü siyasətçi kimi tanınır.

 

Şərhlər

Çox oxunanlar