Türkiyənin baş naziri müvəqqəti hökumətə iki yeni nazir təyin edib

23.09.2015 02:16     Dünyadan reaksiya     1532

Türkiyənin müvəqqəti hökumətində Aİ ilə İşlər Nazirliyinə Beril Dedeoğlu, İnkişaf Nazirliyinə isə Cüneyd Düzyol təyin edilib.

Reaksiya.az-ın məlumatına görə, bu barədə rəsmi olaraq baş nazirin katibliyi məlumat yayıb.  

Hökumət rəhbəri Əhməd Davudoğlu bundan əvvəl  kürdyönümlü Xalqların Demokratiyası Partiyasının üzvü (HDP) olan əvvəlki nazirlərin istefa ərizəsini qəbul edib.  

Aİ ilə işlər üzrə yeni nazir xanım Beril Dedeoğlu İstanbulun Qalatasaray Universitetində beynəlxalq əlaqələr fakültəsinin  professorudur. Onun Aİ üzrə mütəxəssis olduğu, Türkiyə Ali Təhsil Şurasında çalışdığı və kürd məsələsinin nizamlanması məsələsində aktiv rol oynadığı bildirilir.      

Cüneyd Düzyol yeni təyinatınadək İnkişaf Nazirliyində müşavir vəzifəsində çalışıb. 

Şərhlər

Çox oxunanlar